80 yaşlı kişiyə oxşayan körpə - Foto

Banqladeşdə qeyri-adi uşaq doğulub. 
 
Valideynlərinin "möcüzə uşaq” adlandırdığı körpə 80 yaşlı insana bənzəyir. Həkimlər hesab edirlər ki, üzündə yaşlı insana məxsus qırışlar olan uşaq proqeriya xəstəliyindən əziyyət çəkir. 

Dünyaya göz açan 4 milyon insandan birində rastlanan xəstəlik bədənin sürətlə qocalması ilə müşahidə olunur.

Körpənin valideynləri isə övladları haqda bunları deyib: "Biz onu olduğu kimi qəbul edirik. İndi ailəmizdə oğlan uşağı və qızlarımızın bir qardaşı var. Buna görə çox xoşbəxtik”./aznews.az/
 


MediaFax