7 kilo civəni satmaq istəyənlər ələ keçdi

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhər sakinləri Faiq Nəbiyev və Məmməd Abdullayev saxlanılıblar.

DİN xəbər verir ki, onlar Samux rayonu ərazisində 6 kiloqram 795 qram ağ civəni 8000 ABŞ dollarına satarkən tutulublar.

MediaFax