500 nəfər saçını buna görə verdi - Foto

Malatyada bir heykəltaraş demokratiya mitinqlərində iştirak edən 500 könüllüdən topladığı saç tellərini prezident Rəcəb Tayyib Ərdoğanın silikon materialdan düzəltdiyi büstündə istifadə edib.
 
Heykəltaraş Çingiz Göyəbaxan büstün saç, qaş və bığ hissəsi üçün dövlət çevrilişi cəhdindən sonra fədakarcasına hər axşam demokratiya növbələri tutan vətəndaşların saç tellərindən topladığını bildirib.

Büstü necə düzəltməyə başladığını danışan heykəltaraş bildirib ki, bu işə iki ay əvvəl başlayıb. Ancaq FETÖ-nun dövlət çevrilişinə cəhdindən sonra əsərə daha fərqli mənalar qatmağın gərəkdiyini hidd edib: "Bu xain hücumun qarşısında duran vətəndaşlarımızın etdikləri məlumdur. Biz hisslərimizi formayla, rənglə ifadə edən insanlarıq. Biz də istədik ki, hörmətli prezidentimizin büstü sanki bu müqavimətin simvolu, demokratiya növbələrinin rəmzi olsun. Bu məqsədilə də demokratiya növbələrində gecələyən 7-dən 77-ə bütün vətəndaşlarımızdan və çox fərqli fikirlərdən olan könüllüdən saç nümunələri topladıq".

Heykəltaraş bu iş üçün insanlardan saç teli almağın çətin olmadığını deyib: "Vətəndaşlarımız arasında dərimdən də ala bilərsən, yetər ki, prezidentimizə aid bu iş olsun deyən kifayət qədər fədakar olanları da var idi”.
 
Heykəltaraş Göyəbaxan prezident Ərdoğanın biometrik fotosunu istifadə edərək bu əsəri işləməyə başlayıb. Büstdə ölçülər real ilə eynidir, daha çox film çəkilişlərində istifadə olunan silikon materiallardan istifadə olunub. Demokratiya növbələrində 500 vətəndaşdan toplanan saç tellərindən isə qaş, bığ və saç hazırlanıb. Saç telləri büstə tək-tək birləşdirilib. Bu prosesə 15 gün sərf edilib.

Heykəltaraş Göyəbaxan bu büstün sexinin ən gözəl guşəsini bəzəyəcək bir əsər olacağını da bildirib: "Bəlkə bu işə hər baxanda bir ağrını, bir xəyanəti xatırladacaq, amma həmçinin hər cür çətinliyə sinə gərən, qəhrəman bir insanın camalını görmək də çox gözəl olacaq".

Büstün 6 min lirəyə başa gəldiyini deyən heykəltaraş bu əsərin onunçün qiymətsiz olduğunu da vurğulayıb: "15 iyulda baş verən xain hücumun qarşısında dimdik dayanan bir lider və liderini tək qoymayan fədakar Türk xalqının izlərindən ibarət bu əsər bizüm üçün qiymətsizdir”./moderator.az/

MediaFax