5 gənc maşında yanaraq can verdi

Rustavidə qəzaya uğrayan avtomobildə partlayış baş verib, 5 gənc yanaraq ölüb
 
Bu gün səhər saatlarında Rustavi şəhərində sürətlə hərəkət edən minik avtomobilinin sürücüsü idarəetməni itirərək qəza törədib.
 
BMW markalı  avtomobil şəhərin mərkəzində memoriala çırpılıb.
 
Nəticədə avtomobildə partlayış baş verib, yanğın başlayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə olan 5 gənc yanaraq ölüblər. Hazırda gənclərin kimliyi araşdırılır. Hadisə yerinə yol-patrul xidməti və yanğınsöndürmə briqadası gəlib.
 
Hadisənin başvermə səbəbləri araşdırılır./APA/

MediaFax