41 dərəcə isti olacaq - Proqnoz

Avqustun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 33-38 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 35-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Zəif şərq küləyi. Havanın temperaturu gecə 20-25 dərəcə isti, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti, dağlarda gecə 15-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

MediaFax