İran gəmiləri Səudiyyəyə girov düşdü

Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti sərhəd sularda üzən İranın 4 balıqçı gəmisini saxlayıb.

RİA "Novosti" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə heç bir məlumat olmadığını bildirib.
 

O vurğulayıb ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və nəticədə saxlanılıblar.

Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib./report.az/ 

MediaFax