362 kilo çəki atdı

ABŞ-ın Texas ştatında yaşayan yarım tonluq Mayra Rosales 11 əməliyyatdan sonra 362 kq çəki atıb. 

34 yaşlı Rosales əməliyyatdan sonra bədən çəkisinin 80 faizini itirib. Dörd ildir kilo vermək üçün səy göstərən gənc qadın əməliyyatdan sonra idman sayəsində 90 kq çəkiyə düşə bilib.
 
Xatırladaq ki, qadın 2008-ci ildə köklüyü üzündən 2 yaşlı basıcı oğlunun ölümünə səbəb olması xəbərləri ilə gündəmə gəlmişdi. O dövrdə Mayra iki yaşlı bacısı oğlu Eliseona dayəlik edərkən səhvən uşağın üzərinə yuvarlandığını və onun ölümünə səbəb olduğunu polislərə etiraf etmişdi. Lakin tibbi ekspertizadan sonra Eliseonun başından aldığı zərbədən öldüyü məlum olub. Bu həqiqətin ortaya çıxması ilə Mayra da hadisəni olduğu kimi etiraf etmək məcburiyyətində qalıb. Mayranın sözlərinə görə, körpə ölməzdən bir neçə saat əvvəl onun bacısı yeməyini yemək istəməyən və ağlayan Eliseonun başına saç fırçasını dəfələrlə vurub. Uşağın üstünə səhvən yıxıldığını isə bacısını qorumaq üçün uydurub.
 
Mariya açıqlamasında yalan deməsini belə izah edib: "Bu hadisədən bir neçə ay əvvəl ərimlə bacımın yanına köçmüşdüm və köklüyümə baxmayaraq, Camie mənim qayğıma qalırdı. Bunun qarşılığında Camie də evdə olmayanda uşaqlara mən baxırdım. Anası uşağın başına saç fırçası ilə dəfələrlə vurduqdan bir müddət sonra onun nəfəsi dayandı. Təcili yardım çağırdım. Körpə dərhal xəstəxanaya aparıldı. Bir müddət sonra Camie zəng edib günahı öz üzərimə götürməyimi xahiş etdi. Bacıma kömək etmək üçün yalan söyləməyi qəbul edib və uşağı səhvən əzdiyimi dedim".
 
Maryanın günahsız olduğu üzə çıxdıqdan sonra qadın həbsxanada azad edilib və 11 dəfə əməliyyat olunub./publika.az/

MediaFax