3 türk əsgər şəhid oldu - 13 terrorçu öldürüldü

Türkiyənin Hakkari şəhərinin Çukurca vilayətinin Hisar dağında təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında atışma olub.

"Milliyet”in verdiyi məlumata görə, hadisə nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər yaralanıb, 13 terrorçu öldürülüb.

Bölgədə PKK-nın zərərsizləşdirilməsi istiqamətində əməliyyat aparılır./qafqazinfo.az/

MediaFax