3 şəhid, 25 yaralı... - Türkiyədə terror

Diyarbəkir-Mardin yolu üzərində, Diyarbəkrin Çinar qəsəbəsinin girişində yerləşən Şəhid Murat Uçar adına Yol İdarəetmə Mərkəzi qarşısında törədilən partlayış nəticəsində 2 polis və 1 mülki şəxs şəhid olub, 25 yaralı var.
 
Ölən mülki şəxsin uşaq, yaralılardan 8-nin polis olduğu bildirilir.
 
"Hürriyet” qəzetinin verdiyi məlumata görə, PKK terrorçularının yük maşınındakı partlayıcı qurğunu kənardan işə saldıqları bildirilir.
 
Partlayışdan sonra Mərkəzin binası və yaxınlıqdakı iki yanacaqdoldurma məntəqəsində böyük dağıntı olub./APA/

MediaFax