3 maşın toqquşdu, 3 nəfər öldü... - Bakıda ağır qəza

Avqustun 11-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində ağır qəza baş verib.

DİN-nin saytı xəbər verir ki, Bakı şəhər sakinləri Elçin Əfəndiyevin idarə etdiyi "Mercedes”, Mirhəşim Abbasovun idarə etdiyi "Opel” və Süleyman Novruzlunun idarə etdiyi "Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə E.Əfəndiyevin 1 sərnişini, M.Abbasov və 3 sərnişini, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan S.Novruzlu, M.Abbasov və Ramidə Hüseynova orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

MediaFax