26 yaşlı oğlana 26 bıçaq zərbəsi - Fotolar

Paytaxtın Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

26 yaşlı Samir Vəliyev tanımadığı şəxslər tərəfindən  bıçaqlanıb. Xəstəxanaya çatdırılan Samir əməliyyat olunub. Həkimlər yaralının üzərində 26 bıçaq zərbəsinin olduğunu bildiriblər. Zərərçəkənin anası Qəndilə Vəliyeva oğlu Samirin tanımadığı şəxslər tərəfindən bıçaqlandığını deyir.  
 
Yolda təsadüfən Samir və dostları ilə digər şəxslər arasında dava düşür.  Daha sonra səs-küyə polis əməkdaşları  gəlib. Bu zaman tərəflər dalaşmadıqlarını bildiriblər. Ancaq bir neçə dəqiqədən sonra sözü  gedən Kənan adlı şəxs bir neçə nəfər tanışı ilə yenidən Samir və dostları ilə söhbətə gəlib.
 
Qəndilə Vəliyevanın sözlərinə görə həkimlər onun oğlunu həyata qaytara biliblər. O, hadisəni törədən şəxslərin saxlanılmadığını, Kənan adlı şəxsin yaxınlarının Samirin vəziyyəti ilə bağlı maraqlanmadığını deyir. Faktla bağlı Binəqədi rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır./gununsesi.info/
 





MediaFax