2503 adda dərman yeni qiymətlərlə satışa çıxır - Bu gündən

Bu gündən daha 2503 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılır.

Tarif (qiymət) Şurasının Katibliyindən bildiriblər ki, sentyabrın 1-dən təsdiq edilmiş qiymətlər qüvvəyə minib. Bununla da dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.

Qeyd edək ki, bu gündən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.

Dərman vasitələrinin tənzimlənmiş qiymətləri ilə BURADAN tanış ola bilərsiz

MediaFax