21 yaşlı azərbaycanlının ixtirası - VİDEO

Azərbaycanlı tələbənin hazırladığı layihəni xarici təşkilatlar maliyyələşdirib. 
 
"Xəzər Xəbər”in məlumatına görə, 21 yaşlı gənc Azərbaycanda bir ilkə imza atıb. Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi Şamil Ömərov "Günəş panellərinin iki ox ətrafında avtomatik idarə olunması” layihəsini hazırlayıb. Yəni bu qurğu ilə günəş panelləri avtomatik idarə olunur. Nəticədə müəyyən miqdarda elektrik enerjisi əldə edilir. Qurğunun hazırlanmasına isə bir il vaxt sərf olunub.

Layihəni Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi maliyyələşdirib. Bu qurğu vasitəsilə əldə olunan enerjidən bir çox sahələrdə istifadə etmək mümkün olacaq.
Bu qurğunun digər xüsusiyyəti isə əksər detallarının məhz Şamil Ömərovun özünün hazırlamasıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


MediaFax