10 ildir davam edən "Kurtlar Vadisi” serialı ötən il kanal D-də yüksək reytinq yığa bilməsə də, xüsusi izləyici auditoriyası da sahibdir.
Lakin serial yüksək maliyyə səbəbiylə bu mövsüm özünə kanal tapmayıb. Bu səbəbdən də serialla bağlı hər xəbər böyük marağa səbəb olur.
"Kurdlar Vadisi Pusu” serialının 2017-ci ilin sentyabr ayından etibarən TRT kanalında yayımlanacağını xəbər vermişdik.
Serialın TRT-də yayımlanacağı xəbəri xeyli əks-səda doğurub. Lakin məlum olub ki, yazılan xəbərlər həqiqəti əks etdirmir.
TRT kanalının baş direktorunun müavini İbrahim Eren xəbəri təkzib edib. "Xəbər doğru deyil. Heç bir danışıq olmayıb”, – deyə İbrahim Eren cavab verib./publika.az/
MediaFax