Dərman bazarında qiymətlər niyə “şişirdilir”?

"Ölkədə manatın dəyərdən düşməsi "dərman işbazlarının" qiymətləri şişirtməsinə yol açıb"

İctimai Səhiyyə İnstitutu ictimai birliyinin sədr müavini, həkim Vəfa İbrahimova saytımıza müsahibəsində ölkənin dərman bazarı ilə bağlı maraqlı açıqlamalar verib.

Vəfa xanim, dərman bazarında nələr baş verir?

Azərbaycanda dərmana təlabat artdıqca bu sahədə çalşan adamların marağları yükəslir, bu səbəbdən saxta və keyfiyyətsiz dərmanların sayı artır. Son vaxtlar dərman preparatlarında qiymətlər sürətlə artır və bu insanlarda narahatlığa səbəb olur. Başqa bir tərəfdən, həblərin formalarında müəyyən dəyişikliklər edilib, guya ki, keyfiyyət dərəcələri artırılıb. Azərbaycanda satışa çıxarılan dərman preparatlarının, demək olar ki, hamısı xaricdən gətirilir. Ölkədə daxili istehsal olmadığından dərman preparatları davamlı bahalaşmalara məruz qalır. 
 
Vəfa İbrahimova
 
Artıq dərman bazarı bəzi qüvvələrin təsir imkanına çevrilib ki, bu da ictimaiyyəti narahat edir. Bu gün müəyyən dərman ehtiyaclarına görə apteklərə üz tutan insanlarımız hər dəfə fərqli mənzərə ilə qarşılaşmalı olurlar. Bu günlərdə dərmanların qiymətlərində davamlı artım və dərman preparatlarının formalarının dəyişdirilərək bahalaşması cəmiyyətdə narazılıqla qarşılanır.

Xatırladaq ki, ölkə başısı  sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dərman preparatlarının qiymətlərinin baha olmasını pisləmişdi. Ancaq bu tənqidin ciddi nəticələri olmadı. Ölkə manatın dəyərdən düşməsi "dərman işbazlarına" qiymətləri şişirtməsinə yol açıb. Keyfiyyət baxımından da bizi o qədər də qane etmir.  Faktiki olaraq son devalvasiyadan sonra dərman preparatlarının qiymətlərində bir neçə dəfə artım olub. Bahalaşmadan hər dəfə sonra Tarif Şurası dərman preparatlarının qiymətlərində heç bir bahalaşmanın olmadığı barədə açıqlama versələr də, görünən mənzərə tam bunun əksinədir. 

Tarif Şurasının proseslərə nəzərət etmək mexanizmləri yetərilidimi?

Dərmanların mütəmadi bahalaşması, keyfiyyəti, onların təsir gücü və digər məsələlər günümüzün reallığına çevrilib: "Artıq dərmanların qiyməti ilə bağlı müəyyən formalaşma gedib. Tarif Şurasının nə deməsindən asılı olmayaraq onsuz da qiymətlər bahalaşaraq gedir. Dərman bazara daxil olub. 
Azərbaycanda bazar iqtisadiyyatı hələ ki primitiv bir vəziyyətdədir. Bəzi işbazlar yalnız öz cibləri üçün çalışırlar. 5 manata başa gələn dərmanı 25-30 manata satmaq günahdır. İndi artıq Tarif Şurasından da çəkinmirlər. Bu məsələ artıq idarəolunmaz bir vəziyyətə çevrilib. Yəni idarə olunmayan bazar iqtisadiyyatı edirlər. Azərbaycanda bazarlarda istənilən şəxs istədiyi qiymətləri qoyur. Nəinki dərmana, ərzaq məhsulları və geyim də belədir. Bu məsələlər ölkədəki bazar iqtisadiyyatının vəziyyəti ilə bağlıdır. Eləcə də, bu məsələ tibbi sığorta ilə əlaqədardır. Nə qədər ki, ölkədə tibbi sığorta qəbul olunmayıb, açığı, bu problemlər baş alıb gedəcək”.

Qiymətlə keyfiyyət arasında hansi problemlər var?

Bəzi dərman preparatlarının tərkibindəki maddələrin biri və ya bir neçəsi azaldılaraq qiyməti bahalaşdırılır: "Bunu isə bilmək üçün dərmanların kimyəvi tərkibini yoxlamaq lazımdır. Eyni zamanda, dərmanın bioloji aktivliyini yoxlamaq lazımdır. Azərbaycanda, ümumiyyətlə, bioloji aktivlik artıq yoxlanmır. Yəni belə preparatların birində təsir effekti var, digərində isə təsir effekti yoxdur. Dərmanlarla bağlı belə oyunlar gedir. Sadəcə, dəhşətə gəlirəm. Dərman preparatları dünyada gedən məkrli oyunlara bənzəyir. Yəni dərman artıq müalicə funksiyasından çıxıb.  

MediaFax