Yağışlı-küləkli hava... - Proqnoz

Bakı və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
 
Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
 
Ekologiya və Təbii Sərvətlər Naziriyindən verilən məlumata görə, havanın temperaturu yarımadada gecə  19-22° isti, gündüz  25-29° isti, Bakıda gecə  20-22° isti, gündüz  25-29° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 750  mm  civə sütunundan 762 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % təşkil edəcək.              
 
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 16-21° isti, gündüz  25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz  16-21° isti olacağı gözlənilir.

MediaFax