20 tonluq “pres” tayasının 6 tonu yandı

Bərdə rayonunda vətəndaşa məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə yığılmış 20 ton ot bağlamasının 6 tonu yanıb.
 
Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tiklilər yanğından mühafizə olunub.
 
Yanğın saat 12.37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

MediaFax