1,8 milyon illik sümük tapıldı - Foto

Füzulidə 1,8 milyon il yaşı olan fillər fəsiləsinə aid heyvanın sümüyü tapılıb.

Sümük rayonun Mahmudlu kəndində tapılıb.

Rayonun Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədovun verdiyi məlumata görə, fillər fəsiləsinə aid heyvanın sümüyünün uzunluğu 135 sm, çəkisi 50 kq-dır: "Aparılan araşdırma zamanı məlum olub ki, ərazidən tapılan sümüyün yaşı 1.8 milyon əvvəl yaşayan heyvana məxsusdur"./report.az/
 


MediaFax