15 yaşlı şagird özünü asdı - Bakıda

Bakıda məktəbli intihara cəhd edib.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 15 yaşlı Kənan Ağayev yaşadığı evdə özünü asıb. Validynləri tərəfindən dərhal xilas edilən K. Ağayev 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan APA-ya K. Ağayevin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır. 

MediaFax