15 yaşlı kamikadzenin son məktubu tapıldı

İraqın Mosul şəhəri yaxınlığında İŞİD-dən azad olunmuş təlim mərkəzində özünü ötən il partladaraq onlarla insanın ölümünə səbəb olan 15 yaşlı kamikadzenin valideynlərinə yazdığı məktub aşkar olunub.
 
Məktubda 15 yaşlı Əla Abd əl-Akidi kamikadze olmasının səbəblərini izah edir.
 
"Mənim əziz ailəm, bağışlayın məni. Qəmlənməyin və qara matəm geyimi geyinməyin. Mən evlənmək istəyirdim, amma siz qoymadınız. İndi isə Allahın izni ilə, cənnətdə 72 hüri ilə evlənəcəm”.
 
Bu məktub öz ünvanına çatmayıb və digər onlarla məktub kimi İŞİD-in tərk etdiyi düşərgədə qalıb./modern.az/

MediaFax