12 yaşlı məktəblinin ailəsi yasa batdı - Yol qəzası

Beyləqanda ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, rayon ərazisində, Qarabağ kanlı istiqamətində gedən yolda "VAZ 2106" markalı, 11 BB 039 dövlət qeydiyyat nişanlı avtomobil 2004-cü il təvəllüdlü oğlanı vurub. Məktəbli aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

MediaFax