12 saatlıq Lavrov-Kerri görüşündə - Mühüm razılaşma

Rusiya və ABŞ-ın xarici siyasət idarələri rəhbərləri Sergey Lavrov və Con Kerri Cenevrədə fasilələrlə 12 saatdan artıq davam edən danışıqları başa çatdırıblar.

Görüşün əsas mövzusu Moskva və Vaşinqtonun Suriyada terrorçularla mübarizədə səylərini əlaqələndirməsi olub.

Yaxın dəqiqələrdə birgə mətbuat konfransı keçiriləcək və onlar görüşün nəticələri barədə ictimaiyyətə məlumat verəcəklər.

X X X 
 
Rusiya və ABŞ Suriya münaqişəsinin nizamlanması yolunda bir neçə vacib addım atıb.

TASS agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Biz konkret istiqamətlərdə aparacağımız işlərə dair razılığa gəldik. Bununla bağlı Rusiya Suriya hökuməti, ABŞ isə müxalifətlə işləyəcək. Regional tərəfdaşlarımız ilə isə hər ikimiz işləyəcəyik”, deyə S.Lavrov bildirib.

Onun sözlərinə görə, masada cüzi həll olunmayan, konkretləşdirməyə ehtiyac olan məsələlər qalıb: "Bu məsələlər üzrə gələn həftə ekspertlər Cenevrədə görüş keçirəcək”./virtualaz.org/

MediaFax