12 nəfəri öldürüb intihar etdi - Yeni il gecəsi

Braziliyada ailə faciəsi yaşanıb.

Hadisə Kampinas şəhərində baş verib.

Belə ki, bir kişi yeni il bayramını qeyd edən keçmiş arvadının evinə basqın edib. O həyat yoldaşı və oğlu da daxil olmaqla 12 nəfəri qətlə yetirib. Hücumu həyata keçirən şəxsin kimliyi hələ açıqlanmır.

Qeyd edək ki, hadisədən sonra həmin şəxs intihar edib./qafqazinfo.az/

MediaFax