12 dərəcə isti gözlənilir - Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı proqnozlaşdırılır.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 0-3° isti, gündüz 7-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 6-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir. 

MediaFax