11-ci medalımız bürünc oldu

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən güləşçi Nataliya Sinişin bürünc medal uğrunda son təsəlliverici görüşdən qalib ayrılıb.
 
53 kq. çəkidə çıxış edən Sinişin venesuelalı Betzabet Ancelika Arquello Vilyeqasa 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib olub.

Bununla da, Azərbaycanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı medalların sayı 11-ə çatıb.

MediaFax