10 PKK-çı məhv edildi - Türkiyədə

Türkiyə Silahlı Qüvvələri 28-29 noyabr tarixlərində PKK terror təşkilatına qarşı əməliyyat keçirib.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, əməliyyatın gedişində 10 terrorçu zərərsizləşdirilib.
 


Cudi dağı bölgəsində aparılan əməliyyatlar zamanı son bir həftədə məhv edilən terrorçuların 14-ə çatdığı bildirilir.

Bundan başqa, xeyli silah-sursat ələ keçirilib.

Əməliyyata Hərbi Hava Qüvvələri də dəstək verib.

MediaFax