10 dişini çəkdirdi, qanaxmadan öldü

Böyük Britaniyada faciəvi hadisə baş verib. 

53 yaşlı kişi diş ağrılarından əziyyət çəkdiyi üçün stomatoloq müayinəsinə gedib. Stomatoloq onun 4 dişində problem olduğunu, lakin bir dəfəlik diş ağrılarından xilas olmaq üçün daha 4 dişini çıxarmağı tövsiyə edib. 3 uşaq atası 8 dişinin çıxarılmasına razılıq verib. Daha sonra isə bu say 10-a yüksəlib. 

Nəticədə britaniyalı xəstədə qan aspirasiyası baş verib və o həkimlər gələnədək keçinib./aznews.az/

MediaFax