Özünü yaşadığı binadan atdı - Bakıda

Bakının Binəqədi rayonunda 47 yaşlı qadın özünü yaşadığı binanın dördüncü mərtəbəsindən aşağı atıb.

SalamNews-un xəbərinə görə, hadisə rayonun Kunabayev küçəsi 7b, mənzil 12-də qeydə alınıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım maşını, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Ağır xəsarətlər alan Gülarə Məlikova 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanadan G.Məlikovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktı Binəqədi Rayon Prokurorluğu da təsdiqləyib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

MediaFax