Özünü kəmər ilə asdı - Həbsxanada intihar

Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus şalvarının kəməri ilə özünü asaraq intihar edib.

Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Nizami rayonu, Böyük Şor qəsəbəsində yerləşən 15 saylı ciddi rejimli Cəzaçəkmə Müəssisəsində baş verib.

Orada cəza çəkən 1984-cü il təvəllüdlü Aslanov Mahir Nazir oğlu müəssisənin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb./report.az/

MediaFax