Bakının Suraxanı rayonunda intihar hadisəsi baş verib.
Hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1982-ci il təvəllüdlü Əşrəf Səfərov özünü kəndirlə işıq dirəyindən asaraq intihar edib.
Qeyd edək ki, Ə.Səfərov itkin düşmüş kimi qeydiyyatda olub.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır./report.az/
MediaFax