Bakıda iki nəfər intihara cəhd edib.
Hadisələrdən biri Nizami, digəri Xətai rayonunda qeydə alınıb.
Belə ki, Nizami rayonunun Nəsimi küçəsindəki evlərdən birində yaşayan 1983-cü il təvəllüdlü Samir Fərzəliyev intihar etmək məqsədi ilə özü-özünə iki bıçaq xəsarəti yetirib.
Xətai rayonunun İ.İsmayilov küçəsindəki evlərdən birində yaşayan 1950-ci il təvəllüdlü Nəriman Sultanov da intihar etmək məqsədi ilə özü-özünə bıçaq xəsarəti yetirib.
Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır./report.az/
MediaFax