Binəqədinin icra başçısı Xaləddin İsgəndərov vəzifədən azad olunmuş hesab edilir.
İki gün əvvəl Administrasiyaya çağırılaraq nəyin baş verməsi ilə sorgu-sual olunan icra başçısı cavab verə bilməyib. Bütün axar su kanallarının ərazisini sataraq milyonlar qazanan icra başçısının nəzarətindıə olan paytaxt rayonu indi suyun altında qalıb.
Mediafax.Az-a danışan mənbə bildirir ki, Xaləddin İsgəndərova son söz deyilib. Yaxın günlərdə sərəncam gözləyən icra başçısına kimsə kömək edə bilməyib.
Ötən il onlarla insanın ölməsi və ciddi hadisə kimi yanddan qalan bina yanğınından müxtəlif bəhanələrlə sivrilib çıxan Xaləddin İsgəndərovun əməllərindən yuxarılar da cana doyub.
Bakının yağış sularının altında can verməsi fonunda Binəqədidə bunun pik nöqtəyə çatması və daha qabarıq hala çevrilməsi yoldaş İsgəndərovu daha pis vəziyyətdə qoydu. Binəqədini ucqar dağ kəndinə dondərən, boyuk bir xarabalığa çevirən Xaləddin İsgəndərov hələ də güclü olduğunu düşünürdü. Vergilər naziri Fazil Məmmədovdan güc alan, FHN şefi Kamaləddin Heydərovun əli çiynində olan icra başçısını yağış suyu yuyub apardı.
Məlumat üçün bilirək ki, hazırda Binəqədidəki bina yanğınında günahlandırılanların məhkəmə prosessi davam edir. İcra başçısı olduğu üçün bu məhkəmədən canını qurtarmağı bacaran İsgəndərovun postdan salındıqdan sonra istintaqa cəlb olunması da mümkündür. Yalnız bundan ehtiyyat edən icra başçısı var gücü ilə postunu qorumağa çalışır. Mətbuatla gizlin anlaşmalar yapan icra başçısı haqqında pis nəysə yazılmasını əngəlləyir. Bu isə effektsizdir və ən maraqlısı odur ki, İsgəndərovun əməkdaşlıq etdiyi mətbu orqanlar dolayısı ilə müxalifət mətbuatı hesab olunur.
MediaFax