ÖZƏL: “Toyota Bakı”da “kitayski zapçast” maxinasiyası - Baş direktor niyə qovulub?

Ötən ilin aprelində Toyota Bakı Mərkəzinin baş direktoru Mustafa Abbasbəyli vəzifəsindən azad edilmişdi.

Lakin 2014-cü ilin may ayında mərkəzə rəhbər təyin edilən M.Abbasbəylinin vəzifədən getməsinin səbəbi barədə indiyə qədər heç bir məlumat yox idi.
 
Bu günlərdə isə Mustafa Abbasbəylinin tutduğu vəzifəni qəfil tərk etməsinin səbəbi Mediafax.Az-a məlum olub.

Əldə etdiyimiz məlumata görə, Mustafa Abbasbəyli şirkətin texniki mərkəzində etdiyi maxinasiyalara görə işdən qovulub.

O, Yaponiya istehsalı olan avtomobillərin təmiri zamanı Çin istehsalı olan ehtiyat hissələrindən isifadə etdirirmiş.

Bununla da kifayət qədər şirkətə ziyan vurulub. Burada həm ehtiyat hissələrinin keyfiyyətsizliyinə görə şirkətin imicinə vurulan zərbədən, həm də şirkətin xəzinəsindən gizlədilən külli miqdarda vəsaitdən söhbət gedir.
 
Qeyd edək ki, M. Abbasbəylinin yerinə Pərviz Qafarlı təyin olunmuşdu. P.Qafarlı əvvəlcə Lexus Bakı Mərkəzinin baş direktoru olub. Hazırda isə iki quruma birgə rəhbərlik edir. Buna qədər isə "Standard Insurance” sığorta şirkətində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

MediaFax