Ötən gün ANS Şirkətlər Qrupunun rəhbərliyinə cinayət işi açılması ilə bağlı xəbər yayıldı. Amma tezliklə Baş Prokurorluq belə bir cinayət işinin olmadığı barədə xəbər yaydı.
Amma bu xəbərin yayılmasında maraqlı olan tərəflər deyəsən Baş Prokurorluğun cavabından sonra da sakitləşmək istəmirlər.
Özəl mənbə Mediafax.Az-a məsələnin qaranlıq tərəfləri barədə məlumat verib. Mənbə iddia edir ki, bu işdə maraqlı olan tərəf Qənirə Ataşovadır.
Onun ölkədən çıxışına həqiqətən də qadağa qoyulub. Amma ANS rəhbərliyinin ölkədən çıxmasına problem yoxdur.
Üstəlik, istipress.az saytı açılandan sonra Qənirə Ataşovanın yada düşməməsi onu qıcıqlandırıb. ANS-dən qisas almaq istəyən xanım jurnalistin fəallığının da səbəbi budur.
Mənbə həmçinin mediafax.az-a bildirir ki, Qənirə Ataşova Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sevimli kadrı olub. Ərdoğana birbaşa çıxışı olan Qənirə Ataşova ABŞ-da olarkən ANS rəhbərliyindən xəbərsiz bir həftə Ərdoğanın dəvəti ilə Türkiyədə səfərdə də olub.
Daha sonra Türkiyədə məlum çevriliş cəhdi zamanı onun Fətullah Gülənlə müsahibəsi əsl məsələni üzə çıxarıb. Bildirilir ki, ANS rəhbərliyinin "müsahibəyə getmə" deməsinə baxmayaraq Qənirə Ataşovanın israrından sonra bu müsahibə baş tutub. Mənbə iddia edir ki, sən demə, Qənirə Ataşova hələ Bakıda olarkən Fətullah Gülənin maraq dairəsinə düşüb. Tezliklə ələ keçirilən xanım jurnalistdən agent kimi istifadə edilib.
Onun fəallığı xüsusilə Azərbaycandakı türk litseyləri bağlanarkən hiss olunub. Millət vəkillərinə zəng edən Ataşova bu məsələni biabırçılıq adlandıraraq, deputatlardan kömək istəyib.
Ərdoğan məlum müsahibədən sonra Qənirə Ataşovanı "Azəri ajan" adlandırıb. Xanım jurnalist Türkiyədə qara siyahıya salınıb və ölkəyə girişinə qadağa qoyulub.
Qənirə Ataşova ANS bağlanandan sonra Türkiyə tərəfinə çıxmağa cəhd eləsə də ona "yox" cavabı verilib.
Mediafax.Az- məlumat verən mənbə vurğulayır ki, əslində Ataşova Türkiyəyə getmək istəmir. Onun məqsədi ABŞ-a qaçmaqdır. Bunun üçün o istənilən ölkəyə çıxa bilməlidir. Hətta İraq səfininin tərcüməçisi işləyən həyat yoldaşının cəhdləri də nəticəsiz qalıb.
Mənbə onu da iddia edir ki, Qənirə Ataşova ABŞ-da olarkən Fətullah Gülən dərnəyi tərəfindən hesabına külli miqdarda pul köçürülüb. Xanım jurnalist ABŞ-a getməklə bu pulun hesabına xeyli iş görə bilər.
Bildirilir ki, Qənirə Ataşova ANS-ın Vaşinqton bürosunda çalışarkən aylıq əmək haqqısı 700 dollar olub və ancaq qaldığı evin kirayəsi ANS tərəfindən ödənilib. 2 oğlu ilə onun Vaşinqton kimi şəhərdə yaşaması buna görə inandırıcı görünmür.
Qalmaqallı jurnalist hazırda nəzarətdə saxlanılır və onun Bakıdan çıxışına da bu məqsədlə qadağa qoyulub.
Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fəthullah Gülənin rəhbərliyi ilə Azərbaycan Respublikasında təhsil müəssisələrində və digər müxtəlif qurumlarda uzun müddət fəaliyyət göstərən "Hizmet harekatı”nın təəssübkeşləri tərəfindən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd, sosial və dini nifrət, düşmənçiliyin salınmasına yönələn hərəkətlər edilməsi və digər faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işində də adı keçən şəxs Qənirə Ataşovadır.
MediaFax