ÖZƏL: Nazirin hektarlarla torpağını və qoyun sürüsünü necə əlindən aldılar? - ŞOK FAKTLAR

"MTN işi"nin istintaqı dərinləşdikcə ortaya yeni-yeni məmur isimləri çıxmaqdadır.
 
Ümumiyytlə, Eldar Mahmudov olayında Əli Abbasovun komandasından başqa məmurların adının çəkilməməsi bir qədər müəmmalı görünür. Məmurları, iş adamlarını şantaj edərək onlardan milyonlar alan Mahmudov-Çovdarov komandası daha hansı məmurları ələ alıb? 

Mediafax.Az-a daxil olan məlumata görə, Mahmudovun daha bir qurbanı Müdafiə Sənayesi naziri Yavər Camalov və onun Şirvanda icra başçısı olan qardaşı Mərdan Camalov olub.

Məlumatda qeyd olunur ki, A.Çovdarov Mərdan Camalova hədə-qorxu gələrək Şirvan şəhərinin bir neçə kəndində hektarlarla torpaq sahəsi əldə edib. Bu ərazilərdə elə onun (icra başçısının) maliyyə vəsaiti ilə pomidor və xiyar istixanaları tikdirib.
 
Mediafax.Az-a danışan mənbə onu da vurğulayır ki, nazir Yavər Camalova məxsus qoyun sürülərinə əl qoyan Çovdarov birincinin 300 baş mal-qarasını ələ keçirib.

Çovdarovun həbsindən sonra baş verənlərin mətbuata çıxmasından ehtiyat edən Camalov qardaşları istixanaların sökülməsinə nail olublar. İcra başçısının göstərişi ilə bir gündə 5 istixana sökülüb.

Məlumata görə, Çovdarovun məhkəmə ifadələrində Camalov qardaşları ilə olan əlaqələri çılpaqlığı ilə qeyd olunur.

MediaFax