ÖZƏL: Hilal Əsədov qorxu içində: Çovdarovla bağlı gizli danışıqlar gedir

Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun müavini general Hilal Əsədovun başı üzərindəki qara buludlar çəkilmir.
 
Son günlər MTN olayında hələlik həbsdən yaxa qurtaran generalla bağlı ilginc məlumatlar dolaşmaqdadır. Kifayət qədər diqqətli davranış nümayiş etdirən Hilal Əsədov Eldar Mahmudovun əməllərindən xəbərsiz olduğunu deməklə yaxasını kənara çəkməyə çalışsa da Akif Çovdarovun istintaq və məhkəmə prosessinin olduqca ciddi araşdırılması onun da çirkli əməllərini ortaya qoyur.

Mediafax.Az-a daxil olan məlumata görə, Akif Çovdarova "səni qoruyacam" kimi mesajlar göndərən Eldar Mahmudova inamın itməsi Hilal Əsədovu hərəkətə keçməyə məcbur edib.

Həmçinin Eladar Mahmudova inanmayan Akif Çovdarov məhkəmə prosesində kifayət qədər ciddi açıqlamalar verəcəyini Hilal Əsədova mesaj olaraq göndərib. Yaxasını kənara çəkməklə bütün baş verənlərin onun üzərində çəmlənməsi ilə razılaşmayan Çovdarov, Hilal Əsədova "məni qoru, ömürlük cəza almayım" kimi mesajlar göndərir.

Belə ki, bir neçə bazarın yandırılmasında, böyük obyektlərin MTN nəzarəti altına götürülərək bölüşdürülməsində Hilal Əsədovun da xəbərdar olmasını qabardan Çovdarovun bu addımı Əsədovu bərk qorxuya salıb. 

Ümumiyyətlə, Çovdarovun yeganə qorxusu ömürlük cəza almaqdır.

Hilal Əsədovun həbs olunması hazırda mümkün versiyalardandır. Sadəcə, müəyyən məlumatların əldə olunmasında ondan istifadə olunduğu üçün general hələlik azadlıqda gəzir.

Mediafax.Az-a daxil olan daha bir məlumata görə, Hilal Əsədov bir neçə dəfə ölkəni tərk etməyə cəhd edib. Bu cəhdlərin uğursuz alındığını gördükdən sonra Çovdarovda olan informasiyaların yayılmasının qarşısını almaq üçün onu qorumaqdan başqa çıxış yolu qalmayıb. Mənbə bildirir ki, hazırda Hilal Əsədovun işi, Çovdarovun üzünə duran adamlara xəbər göndərib iddialarını geri götürmələrinin qarşılığında alınan pulların qaytarılmasına söz verməkdir.

Artıq bir neçə nəfər iddiasını geri götürüb. Məlumata görə, hazırda mertopolitenin keçmiş rəisi Tağı Əhmədovla danışıqlar aparılır.
 
Xatırladaq ki, Tağı Əhmədov mətbuat vasitəsilə pullarını Çovdarovdan geri istəmişdi.

MediaFax