ÖZƏL: “Dənizdə itkin düşənlər çoxdur” - SOCAR gizlədir?

"Bu gün Xəzər dənizində baş vermiş faciədə itkin düşənlərin sayı 10 nəfər deyil, daha çoxdur".
 
Bu barədə Mediafax.Az-a məlumatlı mənbə xəbər verib.

Mənbənin iddiasına görə, rəsmi açıqlamada göstərilənlərin sayı həqiqətə uyğun deyil: "Hadisə zamanı ən azı, 14 nəfər itkin düşüb."
 
P.S. Məlumatın nə dərəcədə doğru olub-olmadığını araşdırırıq.

Qeyd edək ki, bu gün səhər saat 5:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
 
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.
 
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. SOCAR itkin düşənlərin siyahısını mətbuata açıqlayıb.

MediaFax