Öz qapılarına 20 qol vurdular

Rusiyada böyük xokkey üzrə Superliqanın iki komandası bazar günü keçirilən matçda öz qapılarına toplam 20 qol vurublar.

Arxangelskdə keçirilən matçda Baykal-Energiya yerli Vodnik klubuna 11-9 hesabı ilə qalib gəlib.

Əvvəlcə Vodnik öz qapısına üç qol vurub, buna cavab olaraq Baykal öz qapısından 9 top keçirib. Sonra Vodnik öz qapısına qollar vurmağa başlayıb.

Komandaların belə hərəkətinə səbəb o olub ki, onlar final mərhələsində daha zəif rəqiblə qarşılaşmaq istəyirdilər.

İndi Rusiyanın Böyük Xokkey Federasiyası komandaları cəzalandırmağa hazırlaşır.

"The Guardian" yazır ki, oyun Vodnik komandası üçün böyük əhəmiyyətə malik idi. Beləki Vodnik bu matçda qalib gəlsəydi, ölkə çempionu ilə qarşılaşmalı olacaqdı.

Baykal komandası üçün oyun nəticəsinin elə bir fərqi yox idi. Çünki Baykal artıq daha zəif rəqiblə qarşılaşacaqdı.

Buna baxmayaraq öz qapısına qol "gəlhagəlinə" onlar da "zarafat" üçün qoşulublar.

Beləliklə, 11-9 hesabı ilə başa çatan matçda bütün qolları komandalar öz qapılarına vurublar./musavat.com/

MediaFax