"Bir xalqla digər xalqın qonşuluğu ona divident gətirir. Ermənilərlə qonşuluq isə Azərbaycan xalqına təhlükə gətirib. Ermənilərdən mədəniyyətimizi, tariximizi qorumalıyıq. Bunun üçün təbliğat aparmalıyıq”.
Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov "İrəvan- gizlədilmiş həqiqətlər" sənədli filminin təqdimatında deyib.
Ə.Həsənov qeyd edib ki, Ermənilər İrəvanın tarixini saxtalaşdırıb. O bildirib ki, İrəvan şəhəri Azərbaycan xalqının etnogeninin formalaşmasında rolu olub.
Prezidentin köməkçisi bildirib ki, Qərb dövlətləri də bəzən qədim şəhərlərin dağıdılmasına göz yumurlar: "Bəzən həqiqətləri islamafob dairələrə başa salmağa çalışırıq. Ermənilər virtual məkanda yerləşdirdiyi məlumatlardan yüz dəfə artığını yerləşdirməliyik. Təbliğat işini gücləndirməliyik”.
O vurğulayıb ki, 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinə güzəştə getməsi tarixi səhv olub : "Ermənilər də oradakı abidələri məhv etdilər”./report.az/
MediaFax