Kilo problemi genetik amillərlə yanaşı, çox yeməyə və az hərəkət etməyə bağlı olsa da, az yatmağın da köklük yaradan gizli bir düşmən olduğu müəyyən olunub.
Son 40 ildə aparılan araşdırmalar indiki vaxtda yuxu müddətinin 9 saatdan 7 saata düşdüyünü və insanların daha az yatıb, daha çox kilo aldıqlarını göstərir.
Mütəxəssislər az yatmanın insan sağlamlığı üzərində bir çox mənfi təsiri olduğunu və kilo probleminin də bu mənfiliklərdən biri olduğunu ifadə edir.Televiziya və kompüter qarşısında keçirilən zamanın gec saatlara qədər davam etməsi, gecə nələrsə yeməyinizə səbəb olur. Bu qidalar bədən tərəfindən enerji olaraq xərclənə bilmədiyindən, yığılaraq kiloya çevrilir.
Yuxusuzluğun əsəblər üzərində də mənfi təsirləri var. Yuxusuzluq sinirləri xəbərdar edərək rahatlamasına maneə törətdir, karbohidrat və şəkərli yeməklərə meyli daha çox artırır. Kortizol deyilən stress hormonu da yuxusuzluq müddətində artaraq piylənməyə səbəb olur./atv.az/
MediaFax