Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qəbələ" ikinci transferinə hazırlaşır.
"Qırmızı-qaralar" Bolqarıstan millisinin sabiq üzvü Valeriy Bojinovu heyətinə qata bilər.
Belə ki, tərəflər arasında 2018-ci ilə qədər sözləşmə imzalandığı bildirilir.
Məsələ ilə bağlı "Qəbələ"nin də mövqeyini öyrənməyə çalışdıq. Klubdan Bojinovun təklif olunan futbolçular arasında olduğunu bildirsələr də, əlavə məlumat verə bilməyəcəklərini söylədilər.
Qeyd edək ki, 2015-ci ildə millidə karyerasını başa vuran Bojinov yığma forması ilə meydana çıxdığı 43 oyunda 6 qol vurub. O, karyerası ərzində "Yuventus", "Fiorentina", "Mançester Siti", "Parma" kimi klublarda çıxış edib. Onun son klubu isə Serbiya "Partizan"ı olub./qafqazinfo.az/
MediaFax