"Yunanıstanın müdafiə naziri Panos Kamennos ağlını başına yığsın".
Bunu "Hürriyət” qəzetinə müsahibəsində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib.
"Yunanıstanın müdafiə naziri daim bizi provokasiyaya çəkməyə çalışır. Yunanıstan keçmişdə də bəzi provokasiyalara yol verirdi. Biz qonşumuzla gərginlik olmasın deyə, sakit davranırıq. Onlar Kardak adası məsələsini fürsət bilib vəziyyəti gərginləşdirirlər. Müdafiə naziri ağlını başına yığsın. Biz lazım gələndə sərt cavab verməyi də bacarırıq”, – deyə, o bildirib.
Qeyd edək ki, Kardak adası böhranı uzun illərdir davam edir. Egey dənizində yerləşən adaya həm Yunanıstan, həm də Türkiyə iddia edir. İki ölkə arasında bununla bağlı əsas gərginlik 1996-cı ildə qeydə alınıb. Yunan ordusunun adaya xəbərsiz daxil olmasına Ankara kəskin etiraz edib. Dövrün baş naziri Tansu Çillər gecə ilə kəşfiyyata adaya daxil olmaq əmri verib. Nəticədə kəşfiyyatçılar yunan ordusunun daxilindən xəbərsiz keçərək adada türk bayrağını yunanların özlərinin xəbəri olmadan dalğalandırıblar. ABŞ-ın məsələyə müdaxiləsindən sonra tərəflər arasında gərginlik səngiyib./axar.az/
MediaFax