Yolu keçərkən maşın vurdu

Nərimanov rayonunun Ə.Əliyev küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsində Bakı şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən paytaxt sakini Sarvan Mətiyevi vurub. Xəstəxanaya yerləşdirilən S.Mətiyev orada ölüb.

Nərimanov RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

MediaFax