Yolu keçən piyadanı maşın vurdu

Bakı-Qazax avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verib.
 
Zəyəm kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyev Vidadi Niyaz oğlu yolu keçən zaman naməlum avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb.
 
Avtomobil isə hadisə yerindən uzaqlaşıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır./APA/

MediaFax