Qışın şaxtası yenə də yolları buz meydançasına çevirdi.
Əsasən də qar yağar-yağmaz problemlərin yaşandığı magistral yolları - dolayları. Haqqında danışdığımız Muğanlı – İsmayıllı, Bakı - Şamaxı - Yevlax yolu hazırda işlək vəziyyətdədir. Ancaq qar ara vermədən yağmağa davam edir. Odur ki, axşam saatlarında yollarda vəziyyət yenidən çətinləşə bilər.
Havaların kəskin şəkildə soyuması və qarlı hava şəraiti İsmayıllı-Muğanlı dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirir. Nəqliyyatın hərəkətində məhdudiyyətlərin yaranmaması üçün yollara 9 saylı Yol İstismar İdarəsi tərəfindən qum və duz səpilib, lakin qar yağışının davam etməsi problemləri bir qədər də artırıb. Yolda ən çox problem isə ağırtonnajlı yük avtomobillərinin, sərnişin daşıyan mikroavtobusların və mövsümə hazır olmayan minik avtomobillərin hərəkətində yaranıb. Bakı-Şamaxı-Yevlax yolunun 107, 108, 109-cu kilometliklərində də şaxtalı hava səbəbindən hərəkət çətinləşib.
Əraziyə qum-duz qarışığı səpilib. Avtomobillərin rahat və intensiv hərəkəti üçün yollarda işlər davam etdirilir. Ən təhlükəli yol isə Şamaxı-Pirqulu ylolunun Nağaraxana kəndindən keçən hissəsidir ki, sürücülərə bu ərazidə xüsusilə ehtiyyatlı olmaları tövsiyyə olunur. Axşama doğru buzlaşmanın artacağı gözlənilir, bu məqsədlə də idarə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir./ARB/
MediaFax