Yol polisi adam vurdu - Bakıda

Bakıda Yol Patrul Xidmətinin (YPX) inspektoru idarə etdiyi avtomobillə piyadanı vurub.

Hadisə Zərdabi küçəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Ramin Allahverdiyev idarə etdiyi "Niva" markalı avtomobili ilə yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Nafilə Qədirlini vurub. Ağır xəsarət alan N.Qədirli Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanlarının hadisə yerinə baxışı zamanı müəyyən edilib ki, R.Allahverdiyev piyadanı vurmamaq üçün manevr etmək istəyib. Piyada vurulduqdan sonra "Niva" markalı avtomobil Oruc İmanıyevin idarə etdiyi "Toyota" markalı maşına çırpılıb.

Qeyd edək ki, R.Allahverdiyev Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BDYP) 1-ci Tağımının Yol Patrul Xidmətinin (YPX) inspektoru vəzifəsində çalışır./report.az/

MediaFax