Yıldırımın helikopteri təcili eniş etdi

Türkiyənin baş naziri Binəli Yıldırımın olduğu helikopter ölkənin cənub-şərqindəki Muş vilayətinin kəndlərinin birində fövqəladə eniş etməli olub.

Təyyarənin təcili eniş etməsinə səbəb qatı duman olub.

Məlumat üçün bildirək ki, baş nazir konstitusiya dəyişiklikləri ilə bağlı mitinqdə iştirak etmək üçün Muş vilayətinə yollanıb./bakipost.az/

MediaFax