Yıldırım xanım naziri güldürdü - Video

Türkiyənin baş naziri Binəli Yıldırımla ingiltərəli həmkarı Tereza Meyin birgə həyata keçirdiyi mətbuat konfransı zamanı maraqlı anlar yaşanıb.

Jurnalistin "Avropa Birliyindən (AB) ayrılmağa hazırlaşan baş nazir olaraq, bu birliyə daxil olmağa çalışan həmkarınıza nə söyləmək istərdiniz?” sualına Mey, "Birləşmiş Krallıq xalqı AB-dən çıxmaq qərarı verdi. AB-yə qatılmaq istəyən ölkələr olacaq. Nəyin yaxşı olduğuna ölkələr qərar verəcək. Biz AB ilə normal iqtisadi əlaqələrimizin olmasını istəyirik”, - deyə cavab verib.

Eyni suala Yıldırımın "Girən də peşman, çıxan da" cavabını verməsi hər iki naziri xeyli güldürüb./axar.az/
 

MediaFax