Yeyib-içmək məclisində qan töküldü

Siyəzən rayonu, Tofiq İsmayılov küçəsi, bina 14 ünvanında yaşayan 1980-ci il təvəllüdlü Məmmədli Ramin Cəbrayıl oğlu bıçaqlanıb

O, tanıdığı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Siyəzən Rayon Regional Diaqnostika Mərkəzinə çatdırılan yaralıya döş qəfəsinin, qarının, sağ bazu oynağının, sağ dirsək oynağının kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Zərəçəkənin onu bıçaqlayan şəxslə birlikdə yeyib-içdiyi, hadisənin də elə bu vaxt baş verdiyi ehtimal edilir.

Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır./report.az/

MediaFax