Yetkinlik yaşına çatmamışdı, məhkəmə zalında həbs olundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən İntiqam Məmmədov və yetkinlik yaşına çatmayan Ramil Şəfəqqətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hökmə əsasən, İ. Məmmədov 10 il,  R. Şəfəqqətov 3 il müddətinə azadlıqdan məhrum edilib. R. Şəfəqqətov məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, bu il mayın 16-da Bakı şəhər sakini Allahyar Səmədovun evindən 6000 manat pul və qızıl əşyalar oğurlamış Füzuli rayon sakini əvvəllər məhkum olunmuş İntiqam Məmmədov və Ramil Şəfəqqətov saxlanılıb.
 
Müəyyən edilib ki, İ. Məmmədov R. Şəffəqqətovu ülgüclə boğazını kəsməklə hədələyərək, onu oğurluğa təhrik edib.
 
R. Şəfəqqətov yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

MediaFax